“Elsevier” şirkəti tərəfindən tədqiqatçılar üçün “Scopus AI” – süni intellekt alətindən istifadə ilə bağlı vebinarlar keçiriləcək

“Scopus AI” – süni intellekt alətindən istifadə ilə bağlı vebinarlar keçiriləcəkdir.

Elanlar

“Elsevier” şirkəti tərəfindən tədqiqatçılar üçün “Scopus AI” – süni intellekt alətindən istifadə ilə bağlı vebinarlar keçiriləcəkdir.

Vebinarlarda iştirak edərək

  • ⁠yeni biliklər qazana və ya tədqiqat sahəniz üzrə bilikləri dərinləşdirə bilərsiniz;

  • fənlərarası əməkdaşlıq imkanları ilə tanış ola bilərsiniz;

  • ⁠yeni və aktual tədqiqat imkanlarını və gələcək araşdırmalar üçün perspektivli sahələri müəyyən edə bilərsiniz;

  • potensial tədqiqat tərəfdaşlarını və əməkdaşlıqları müəyyən edə bilərsiniz.

Vebinarlar 2 sessiyadan ibarətdir.

1-ci sessiya: Universitet (akademik) kitabxanaçıları və tədqiqatçılar üçün “Scopus AI” alətinin effektiv inteqrasiyası

Tarix: 26 noyabr 2024

Vaxt: 13:00 (AZT)

Təlim dili: İngilis

Vebinarda Varşava Təbiət Elmləri Universitetinin kitabxanaçı və tədqiqatçıları süni intellekt alətindən istifadəyə dair təcrübələrindən bəhs edəcəklər.

2-ci sessiya: Azərbaycanlı tələbə və tədqiqatçılarla “Scopus AI” alətinin dərindən tədqiqi

Tarix: 4 dekabr 2024

Vaxt: 16:00 (AZT)

Təlim dili: Türk

Təlimçi: Saide Sak

Bu vebinarda “Gen AI” məlumatları ilə dəstəklənən nəticələrdən istifadə edərək məlumat axtarış prosesini sürətləndirmək üçün unikal funksiyalarla bağlı praktik üsullarla tanış olacaqsınız.

Bağlantılar

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2024 © Bütün hüquqlar qorunur.