"Clarivate" Azərbaycan dilində təlimlərə başlayır!

Dekabrın 20-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə "Clarivate" şirkəti tərəfindən ilk dəfə Azərbaycan dilində "Web of Science & InCites - 2024: Əsas məqamlar" adlı vebinar keçiriləcəkdir.

Vebinarda "Web of Science" və "InCites" platformalarındakı yeni funksiyalar, "Web of Science Research Assistant" və "Research Horizon Navigator" veb alətlərinin ən son həlləri də daxil olmaqla cari ildəki əsas yeniliklər haqqında ətraflı məlumat veriləcəkdir.

Təlim "Clarivate" şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi İltifat İbrahimov tərəfindən keçiriləcəkdir.

Keçid bağlantıları

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.