Hökumətlərarası Təqaüd Proqramları (HTP)

Hökumətlərarası müqavilələr çərçivəsində Çin, Latviya, Macarıstan, Qazaxıstan, Rumıniya, Rusiya, Tacikistan kimi ölkələrlə təqaüd proqramları həyata keçirilir.

Beynəlxalq layihələr

Hökumətlərarası müqavilələr çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının xaricdə təhsili digər ölkələrin Azərbaycan vətəndaşları üçün və ya qarşılıqlı olaraq ayrılan təqaüd yerləri üzrə həyata keçirilir. Hazırda Çin, Latviya, Macarıstan, Qazaxıstan, Rumıniya, Rusiya, Tacikistan kimi ölkələr üzrə təhsilin müxtəlif səviyyələrində HTP təqaüd proqramları aktivdir. HTP üzrə tərəfdaş ölkələrin coğrafiyasının genişləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlıq davam etdirilir. Qeyd olunan HTP ölkələrinin təqaüd proqramlarına dair müvafiq elanlar barədə məlumatlar hər tədris ili üçün yenilənir.

 

Sözügedən proses Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.05.2015-ci il tarixli 125 nömrəli Qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 2.1.4-cü bəndinə əsasən müvafiq müqavilələrdə nəzərdə tutulmuş şərtlər və ayrılan kvotalar çərçivəsində tənzimlənir. Hər bir təqaüd proqramı barədə şərtlər və tələblər ona dair verilmiş müvafiq elanda ətraflı qeyd edilir.

Bağlantılar

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2024 © Bütün hüquqlar qorunur.