Təhsil müəssisəsinə bərpa
Təhsil müəssisəsindən xaric olunmuş şəxslərin bərpası
Təhsil müəssisəsinə bərpa olunma yay və qış tətili dövründə həyata keçirilir.
Ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər xaric olunma tarixindən 15 (on beş) il müddətində yalnız əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq üçün müraciət edə bilərlər.
Orta ixtisas təhsili müəssisəsindən xaric olunmuş şəxslər xaric olunma tarixindən 10 (on) il müddətində yalnız əvvəl təhsil aldığı orta ixtisas təhsil müəssisəsinə bərpa olunmaq üçün müraciət edə bilərlər.
