SABAH qrupları
Layihənin məqsədi ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsidir.
SABAH ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi, tələbələrin intellektual potensiallarını inkişaf edilməsi, ixtisaslar üzrə kompetensiyalara tam yiyələnməsi, tədrisin təşkilində qabaqcıl forma və metodların tətbiq və təşviq edilməsi, ali təhsilin keyfiyyətinin yüksəldilməsi üçün eksperimental platformanın təşkil edilməsi məqsədilə yaradılmışdır.
SABAH qruplarına Azərbaycan Respublikası Elm vəTəhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində müəyyən edilmiş ixtisaslar üzrə əyani formada təhsil alan, birinci tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər.
SABAH qruplarının formalaşdırılması üç mərhələdən ibarət tələbə qəbulu və iki mərhələdən ibarət müəllim seçimi müsabiqələri vasitəsilə həyata keçirilir. SABAH qrupları layihəsi öz fəaliyyətini Azərbaycan Respublikasının müvafiq qanunverciliyi əsasında qurur.
SABAH qruplarında ingilis dilinin tədrisinə xüsusi əhəmiyyət verilir, tədris aparan müəllimlər xüsusi müsabiqə vasitəsilə seçilir, tələbələrə tədris və tədrisdənkənar (təlimlər, təcrübə proqramları, təqaüd proqramları, müsabiqələr, sosial tədbirlər, xaric dillərin tədrisi və s.) imkanlar təklif olunmaqla müasir təhsil mühiti yaradılır.