Beynəlxalq reytinqlər üzrə məsul şəxslər arasında şəbəkələşmə görüşü
Görüşün məqsədi ali təhsil müəssisələrinin beynəlxalq reytinqlər üzrə məsul şəxsləri arasında komanda ruhunun formalaşdırılması və müvafiq sahədə ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanlarının artırılması olub.
Fevralın 16-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrində beynəlxalq reytinqlər üzrə məsul şəxslər arasında şəbəkələşmə görüşü keçirilib.
Görüşün məqsədi ali təhsil müəssisələrinin beynəlxalq reytinqlər üzrə məsul şəxsləri arasında komanda ruhunun formalaşdırılması və müvafiq sahədə ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanlarının artırılması olub.
Tədbirdə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova qlobal reytinqlərdə təmsil olunmanın əhəmiyyətini, reytinq bazalarında irəliləmək üçün ali təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlığın vacibliyini xüsusi vurğulayıb.
Sonda ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə təmsil olunması sahəsində səmərəli fəaliyyətinə görə fərqlənən əməkdaşlar müvafiq nominasiyalar üzrə təltif olunub və bütün iştirakçılara təşəkkürnamələr təqdim olunub.