QS sammitində Azərbaycan pavilyonunun açılışı olub

İyunun 24-də Macarıstanın Budapeşt şəhərində keçirilən “QS Higher Ed Summit: Europe 2026” sammiti çərçivəsində “Study in Azerbaijan” brendi altında təşkil olunan Azərbaycan pavilyonunun rəsmi açılışı olub.

Xəbərlər

Pavilyonda Azərbaycanın ali təhsil sistemi, ölkənin aparıcı universitetləri, beynəlxalq tələbələr üçün yaradılan təhsil imkanları və ali təhsil sahəsində həyata keçirilən təşəbbüslər təqdim olunur.

Pavilyonun əsas məqsədi Azərbaycanın ali təhsil potensialını beynəlxalq akademik ictimaiyyətə tanıtmaq, yerli ali təhsil müəssisələrinin beynəlxalq nüfuzunu artırmaq və xarici tərəfdaşlarla yeni əməkdaşlıq imkanlarının formalaşdırılmasına töhfə verməkdir.

Sammit iştirakçıları pavilyonda Azərbaycan universitetlərinin təhsil və tədqiqat imkanları, beynəlxalq əməkdaşlıq əlaqələri, xarici tələbələr üçün yaradılan şərait, eləcə də ölkəmizdə ali təhsilin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat əldə edirlər.

Azərbaycan pavilyonu sammit müddətində beynəlxalq ali təhsil nümayəndələri, universitet rəhbərləri, ekspertlər və potensial tərəfdaşlar üçün ölkəmizin ali təhsil imkanlarının təqdim olunduğu platforma kimi fəaliyyət göstərəcək.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.