Elm və təhsil naziri Emin Əmrullayev Qazaxıstanda keçirilən “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisi ilə tanış olub.
Almatı şəhərində, Əl-Farabi adına Qazax Milli Universitetində təşkil olunan sərgidə Azərbaycan ali təhsil müəssisələrinin proqramları, beynəlxalq əməkdaşlıq və təqaüd imkanları təqdim edilib.
Səfər çərçivəsində nümayəndə heyəti Farabi Hub İnnovasiya Mərkəzinin fəaliyyəti və müasir laboratoriyaları ilə də tanış olub.
