7-9 oktyabr tarixlərində Birləşmiş Krallığın Mançester şəhərində “Times Higher Education” (THE) Beynəlxalq Reytinq Agentliyi tərəfindən “THE Dünya Akademik Sammiti” keçirilib. Dünyanın müxtəlif ölkələrindən 500-dən çox nümayəndənin qatılacağı sammitdə təhsil sahəsində aktual mövzular müzakirə olunub, o cümlədən “THE 2025 dünyanın ən yaxşı universitetlərinin reytinqi”nin rəsmi nəticələri elan edilib.
Forumun məqsədi Birləşmiş Millətlər Təşkilatının (BMT) 13-cü Dayanıqlı İnkişaf Məqsədinin dəstəklənməsində ali təhsil müəssisələrinin rolunu artırmaq, iqlim böhranını həll etmək üçün ali təhsil müəssisələri və digər maraqlı tərəflərin birgə əməkdaşlığını təşviq etmək, o cümlədən elmi tədqiqatda iqlim dəyişikliyinə qarşı mübarizənin əhəmiyyəti barədə fikir mübadiləsi aparmaqdır.
Tailand Krallığında keçirilən “Qlobal Davamlı İnkişaf Konqresi” davamlı inkişafla bağlı müzakirələrə həsr olunub.
Forumun keçirilməsində məqsəd hər ilin sonu yerli ali təhsil müəssisələri ilə keçirilən ənənəvi görüşün daha produktiv modelinə keçid, 2023–2024-cü tədris ili üzrə əcnəbilərin Azərbaycanda təhsilinə dair hesabatın təqdimatı, universitetlərin beynəlmiləlləşmə sahəsində inkişafının müzakirəsi, eləcə də 2023-cü il üçün Fəaliyyət Planı üzrə əcnəbilərlə iş sahəsində fərqlənən universitetləri rəğbətləndirməkdir.