Azərbaycan nümayəndə heyəti Londonda Dünya Təhsil Forumunda iştirak edir

Elm və təhsil naziri Emin Əmrullayev Dünya Təhsil Forumu çərçivəsində Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Sardor Rajabov ilə görüş keçirib.

News

Görüş zamanı Azərbaycan və Özbəkistan arasında ali təhsil, elm və innovasiya sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Universitetlərarası əlaqələrin genişləndirilməsi, birgə elmi tədqiqat layihələrinin təşviq edilməsi, akademik mübadilə proqramları və innovasiya ekosisteminin inkişafı istiqamətində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23076-1

Media