Noyabrın 18-də COP29 çərçivəsində Bakıda dünyanın ən nüfuzlu reytinq cədvəllərindən biri olan “QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan edilib. Daha sonra tədbir “Ali təhsildə dayanıqlılıq: Dayanıqlı universiteti necə idarə etməli?” mövzusunda panel sessiya ilə davam edib.
İclasda elmmetrik bazalarda nəşr olunan elmi məqalələrin sayı və dinamikası, elmi nəşrlərin kvartillər üzrə paylanması, ali təhsil müəssisələrinin bu sahədə fəaliyyət planları, ali təhsil müəssisələrinin elmi müəssisələrlə birgə əməkdaşlığı, tədqiqatçıların fəaliyyətinin maliyyələşdirilməsi və stimullaşdırma tədbirlərinin həyata keçirilməsi barədə müzakirələr aparılıb.
QS Beynəlxalq Reytinq Agentliyinin regional direktoru Sergey Xristolyubovun iştirakı ilə ali təhsil müəssisələrinin beynəlxalq reytinqlər üzrə məsul şəxsləri arasında növbəti təlim və komanda quruculuğu görüşü baş tutub.
Bakıda “Qlobal ali təhsil gündəliyində iqlim dəyişikliyinə qarşı mübarizə” mövzusunda beynəlxalq forum keçirilib.
Görüşün məqsədi ali təhsil müəssisələrinin reytinq komandaları arasında əməkdaşlığın gücləndirilməsi olub.
Görüşün məqsədi ali təhsil müəssisələrinin beynəlxalq reytinqlər üzrə məsul şəxsləri arasında komanda ruhunun formalaşdırılması və müvafiq sahədə ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanlarının artırılması olub.