Agentliyin direktoru vətəndaşları qəbul edib

Mayın 25-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova tərəfindən vətəndaş qəbulu keçirilib. Qəbul zamanı tələbələrin köçürülməsi, ali təhsil müəssisələrində imtahanların təşkili və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib.

News

Müraciətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırılıb, bəzi müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Qeyd edək ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində vətəndaş qəbulu həftəiçi 5 gün, saat 09:00-dan 18:00-dək həyata keçirilir. Rəhbər vəzifəli şəxslərin qəbuluna yazılmaq üçün Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəsi ilə yalnız iş günləri və iş saatları ərzində əlaqə saxlamaq mümkündür.

Media