“Praktiki komponent tək IT ixtisasında yox, bir çox ixtisaslarımızda hələ də zəifdir. “Var”, ya “yoxdur” demək olmaz, amma zəifdir. Bu, IT sahəsində xüsusilə hiss olunur. Çünki bu sahə çox dinamikdir, ən sürətlə inkişaf edən sahələrdən biri, bəlkə də birincisidir”.
“Bu layihənin sonunda tələbələrin IT sahəsində bilik və bacarıqları xeyli artacaq. Xarici təcrübə də buna öz töhfəsini verəcək ki, onlar gələcəkdə həm lokal, həm qlobal bazarda çox asanlıqla özlərinə iş tapsınlar və bizə lazım olan səviyyədə IT biliklərinə sahib olsunlar”.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda keçirilən tədbirdə fikirlərini bölüşüb.
Elm və təhsil naziri Emin Əmrullayev Bakıda keçirilən “THE Avrasiya Universitetləri Sammiti”nin açılış mərasimində ali təhsilə çıxış və inklüzivlik mövzusunda fikirlərini bölüşüb.
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” ilə ölkəmizdə təhsil alan əcnəbi tələbələrin təəssüratları
Son 5 ildə Azərbaycanda beynəlxalq tələbələrin təhsilalma dinamikası yüksələn istiqamətdə inkişaf edib və bu artım 2024-cü ildə rekord səviyyəyə çatıb.