Tovuz və Qazax kolleclərində imtahan sessiyası izlənilib

15-16 yanvar tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali və orta ixtisas təhsil müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov Qazax Dövlət Sosial-İqtisadi Kolleci və Tovuz Dövlət Sosial-İqtisadi Kollecində imtahan sessiyasının gedişi ilə tanış olub.

News

Səfər çərçivəsində imtahanların təşkili, şəffaflığı və qaydalara uyğunluğu izlənilib, həmçinin imtahan nəticələrinin yoxlanması prosesi müşahidə edilib.

Qeyd edək ki, kolleclərdə imtahanların təşkili və keçirilməsi prosesi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən mütəmadi olaraq diqqətdə saxlanılır.

Media