ZEISS şirkətinin təmsilçisi ilə görüş keçirilib

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində laboratoriya mikroskopları və optika sənayesinin aparıcı texnologiya şirkətlərindən biri olan ZEISS-in Gürcüstan üzrə səlahiyyətli təmsilçisi AMK Management Service ilə görüş keçirilib.

News

Görüşdə Azərbaycanda elmi-tədqiqat və tədris laboratoriyalarının modernləşdirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər mövcud laboratoriyaların yenilənməsi, yeni laboratoriyaların təşkili, bu prosesdə ZEISS-in texnoloji həllərinin tətbiqi, eləcə də şirkətin müasir optik və mikroskopiya avadanlıqları ilə yerində tanışlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Həmçinin ZEISS-in yüksək texnoloji avadanlıqlarının elmi araşdırmaların keyfiyyətinin yüksəldilməsinə, tələbə və tədqiqatçıların praktiki bacarıqlarının inkişafına verdiyi töhfə vurğulanıb. Görüş çərçivəsində mümkün əməkdaşlıq istiqamətləri və növbəti addımlar nəzərdən keçirilib.

Media