Tələbələrin yerdəyişməsi prosesinin elektron sənəd qəbulu mərhələsi başa çatıb.

Tələbələrin yerdəyişməsi üzrə elektron sənəd qəbulu 19 iyul saat 18:00-da yekunlaşıb.

News

Növbəti 30 gün ərzində təhsil müəssisələri yerdəyişmə ilə bağlı yekun qərarı tələbələrin elektron kabinetinə göndərəcəklər. Tələbələrə elektron kabinetlərini mütəmadi olaraq yoxlamaları tövsiyə olunur.

Tələbələr təhsil müəssisəsinin yekun qərarını 3 gün ərzində təsdiq etməli və ya qərardan imtina etməlidirlər.
Bu müddət ərzində təsdiqlənməyən və ya imtina edilməyən müraciətlər avtomatik olaraq qüvvədən düşmüş hesab olunur.

Media