Özbəkistan nümayəndə heyətinin Qarabağ Universiteti, Şuşa və Füzuliyə səfəri təşkil olunub
16–17 oktyabr tarixlərində Xankəndi şəhərində keçirilən II Azərbaycan-Özbəkistan Rektorlar Forumu çərçivəsində Özbəkistanın 20-yə yaxın aparıcı ali təhsil müəssisəsinin rəhbər heyətinin Qarabağ Universitetinə səfəri təşkil olunub.
Səfər çərçivəsində qonaqlar Qarabağ Universitetinin əsas binası, Biznes və iqtisadiyyat fakültəsi, eləcə də Tibb fakültəsi ilə tanış olublar. Universitetin infrastrukturu və tədris mühiti barədə məlumat əldə ediblər.
Oktyabrın 16-da Özbəkistan nümayəndə heyətinin Şuşa şəhərinə səfəri də baş tutub. Qonaqlar şəhərin tarixi-memarlıq abidələri ilə tanış olublar.
Oktyabrın 17-də isə nümayəndə heyəti Füzuli şəhərində yerləşən Mirzo Uluqbəy adına 1 nömrəli tam orta məktəbi ziyarət edib, təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olub.
