Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib
Oktyabrın 24-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin İnnovativ İnkişaf Agentliyinin rəhbəri vəzifəsini icra edən Asror Norovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə elm və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi, birgə təşəbbüslərin həyata keçirilməsi, mövcud elmi layihələrin əhatə dairəsinin artırılması, eləcə də azərbaycanlı və özbək gənc alimlər arasında elmi təcrübə və mübadilə proqramlarının təşkili məsələləri müzakirə olunub.
