“Akademik tədqiqatların süni intellektlə transformasiyası” vebinarı

Dekabrın 3-də “Akademik tədqiqatların süni intellektlə transformasiyası” mövzusunda vebinar keçiriləcək. Vebinarda akademik araşdırma və elmi məqalə hazırlığı proseslərinin süni intellekt əsaslı alətlər vasitəsilə yenidən formalaşdırılması müzakirə olunacaq.

Announcements

Sessiya çərçivəsində məzmunun inkişafı, akademik üslubun təkmilləşdirilməsi, istinadların idarə edilməsi, orijinallıq analizi və süni intellektdən etik istifadə kimi tədqiqat fəaliyyətinin kritik mərhələlərində tətbiq olunan yeni nəsil həllərin tədqiqatçılara təqdim etdiyi üstünlüklər araşdırılacaq.

Bununla yanaşı, süni intellekt yazı asistentlərinin tədqiqatçıların məhsuldarlığının artırılmasında, keyfiyyət standartlarının qorunmasında və etik öhdəliklərin təmin olunmasında rolu təqdim ediləcək.

Təlimçilər:

Sadi Özgür – “Aicoor Bilgi Teknolojileri”, təsisçi və rəhbər

Gültəkin Gürdal – İzmir Texnologiya İnstitutu, kitabxana direktoru

Moderator:

Aysel Qəribli – Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinin baş məsləhətçisi

Tarix:

3 dekabr 2025-ci il, saat 15:00

Qeydiyyat linki:

https://events.teams.microsoft.com/event/4d7dae5e-94ad-4c33-8bc7-3c02e15da65a@553a0232-9d9c-42d8-9a4a-671a0c11b5a0

Media