"Təşkilatların nəşr göstəricilərinin təhlili" təlimi

Scopus platforması üzrə "Təşkilatların nəşr göstəricilərinin təhlili" mövzusunda onlayn təlim təşkil olunacaq. Təlimdə Scopus-da yer alan “Təşkilat Profilləri”nin idarə edilməsi və təşkilatların elmi nəşr fəaliyyətinin təhlili imkanları ətraflı formada təqdim ediləcək. İştirakçılara Scopus vasitəsilə təşkilatın elmi fəaliyyətinin qiymətləndirilməsi üzrə əsas göstəricilərin yoxlanılması üsulları izah olunacaq.

Announcements

Təlimdə təhlil olunacaq mövzular aşağıdakılardır.

• Nəşr və istinad trendləri;

• Open Access (açıq əlyetərli) nəşrlərin göstəriciləri;

• Dayanıqlı İnkişaf Məqsədləri (SDG) ilə uyğunluq;

• Müəllif profillərinin idarəolunması;

• Kollaborativ məqalə nəşri üzrə əməkdaşlıq;

• Ən çox nəşr olunan jurnallar;

• Təşkilat adlarının yenilənməsi və fərqli ad variantlarının birləşdirilməsi.

Təlimçi: Saide Sak – Müştəri Uğuru üzrə Menecer, Elsevier

Tarix: 29 yanvar 2026-cı il saat 14:00

Dil: Türk dili

Təlimdə iştirak üçün qeydiyyat linki:

https://elsevier.zoom.us/.../WN_jAh0j5m0T7KqmM2K-0ruGw

Media