SABAH qrupları

Layihənin məqsədi ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsidir.

Проекты

SABAH ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi, tələbələrin intellektual potensiallarını inkişaf edilməsi, ixtisaslar üzrə kompetensiyalara tam yiyələnməsi, tədrisin təşkilində qabaqcıl forma və metodları tətbiq və təşviq edilməsi, ali təhsilin keyfiyyətinin yüksəldilməsi üçün eksperimental platformanı təşkil edilməsi məqsədilə yaradılmışdır.

SABAH qruplarına Azərbaycan Respublikası Elm vəTəhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində müəyyən edilmiş ixtisaslar üzrə əyani formada təhsil alan, birinci tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilər.

SABAH qruplarının formalaşması üç mərhələdən ibarət tələbə qəbulu və iki mərhələdən ibarət müəllim seçimi müsabiqələri vasitəsi ilə həyata keçirilir. SABAH qrupları layihəsi öz fəaliyyətini Azərbaycan Respublikasının müvafiq qanunverciliyi (o cümlədən, təhsil nazirinin əmrləri) əsasında qurur.

SABAH qruplarında ingilis dilinin tədrisinə xüsusi əhəmiyyət verilir, tədris aparan müəllimlər xüsusi müsabiqə vasitəsilə seçilir, tələbələrə tədris və tədrisdənkənar (təlimlər, təcrübə proqramları, təqaüd proqramları, müsabiqələr, sosial tədbirlər, xaric dillərin tədrisi və s.) imkanlar təklif olunmaqla müasir təhsil mühiti yaradılır.

Links