Layihənin məqsədi ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsidir.
Layihənin məqsədi tələbələrin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılmasına, onların mövcud bazar iqtisadiyyatının tələblərinə uyğun formalaşmasına və texnoloji dəyişikliklərə uyğunlaşmasına dəstək göstərməkdir.