Dublikat təhsil sənədi
Diplom və ya diploma əlavəni itirən şəxslərə dublikat sənədin verilməsi qaydası
Diplomu və diploma əlavəni itirən şəxs ərizə ilə təhsil aldığı müəssisənin rəhbərinə müraciət etməlidir. Ərizəyə aşağıda qeyd olunan məlumatlar əlavə edilməlidir:
sənədin axtarışda olması barədə məlumat
“Azərbaycan müəllimi” qəzetində verilən elan
Elanda şəxsin soyadı, adı, atasının adı, itirilmiş diplomun, əlavənin adı, seriyası və nömrəsi, onu verən təhsil müəssisəsinin adı, sənədin verilmə tarixi göstərilməlidir.
Həmin ərizəyə əsasən müraciətçiyə təhsil müəssisəsi tərəfindən diplomun və ya diploma əlavənin dublikatı verilir.