Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilir

Noyabrın 17-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Study in Azerbaijan” təhsil sərgisi keçirilir.

News

“Study in Azerbaijan” layihəsinin təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə təşkil olunan sərgidə ölkəmizin ali təhsil müəssisələri təmsil olunur.

Sərgi çərçivəsində ziyarətçilərə Azərbaycan universitetlərinin təhsil proqramları, ixtisaslar, qəbul qaydaları, təhsil haqları və təqaüd imkanları barədə məlumat verilməsi, universitet nümayəndələri ilə birbaşa ünsiyyət imkanının yaradılması nəzərdə tutulur.

Sərginin əsas məqsədi Azərbaycanın ali təhsil imkanlarını Gürcüstanda tanıtmaq və gənclərin ölkəmizdə təhsilə marağını artırmaqdır.

Media