“QS Higher Ed Summit: Europe 2026” sammiti yekunlaşıb

24–25 iyun tarixlərində Macarıstanın Budapeşt şəhərində keçirilən “QS Higher Ed Summit: Europe 2026” sammiti yekunlaşıb.

News

Sammitin ikinci günündə “Həyat boyu dayanıqlı universitet” və “Gələcəyin qlobal bacarıqları: ali təhsil və əmək bazarının ehtiyacları arasında uyğunluğun müəyyənləşdirilməsi” mövzularına həsr olunmuş panel sessiyalar keçirilib.

Sessiyalarda universitetlərin dayanıqlı inkişaf məqsədlərinə töhfəsi, gələcəyin bacarıqlarının formalaşdırılması, ali təhsil proqramlarının əmək bazarının ehtiyaclarına uyğunlaşdırılması, məzunların qlobal rəqabətqabiliyyətliliyinin artırılması və ali təhsil sistemlərinin dəyişən çağırışlara uyğunlaşması istiqamətində fikir mübadiləsi aparılıb.

Sammitdə Azərbaycan Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, ölkənin aparıcı ali təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri, eləcə də “Study in Azerbaijan” layihəsinin təmsilçilərindən ibarət heyətlə təmsil olunub.

Tədbir çərçivəsində fəaliyyət göstərən Azərbaycan pavilyonunda ölkəmizin ali təhsil sistemi, universitetləri, beynəlxalq tələbələr üçün yaradılan imkanlar və xarici tərəfdaşlarla əməkdaşlıq perspektivləri beynəlxalq auditoriyaya təqdim olunub.

Media