QS Avropa reytinqində Azərbaycan müsbət dinamika üzrə ilk 3-lükdə yer alır

“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyi tərəfindən dərc olunmuş “QS Avropanın ən yaxşı universitetlərinin reytinqi”nə əsasən, Azərbaycan ötən illə müqayisədə universitetlərinin mövqeyində ən çox müsbət dinamika müşahidə edilən ölkələr sırasında 3-cü yerdə qərarlaşıb. Qeyd olunan reytinqdə ümumilikdə 42 ölkədən 958 universitet təmsil olunur.

News

Xatırladaq ki, QS-in son buraxılışında ilk dəfə olaraq daha 6 Azərbaycan universiteti reytinq siyahısına daxil edilib. Nəticədə QS Avropa reytinqində təmsil olunan Azərbaycan universitetlərinin ümumi sayı 15-ə yüksəlib.

Media