Noyabrın 18-də Bakıda “QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: Dayanıqlılıq 2025”in rəsmi nəticələri elan ediləcəkdir.
Noyabrın 18-də COP29 çərçivəsində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS Quacquarelli Symonds” tərəfindən “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan ediləcək.
Sözügedən reytinq dünyada davamlı inkişaf sahəsi üzrə fəaliyyəti ilə seçilən ən yaxşı ali təhsil müəssisələrinin siyahısını müəyyən edir. Tədbir Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və QS-in birgə təşkilatçılığı ilə COP29 Yaşıl Zonada baş tutacaqdır.
Qeyd edək ki, tədbir çərçivəsində, həmçinin dünyanın qabaqcıl universitetlərinin (Oksford Universiteti, Kembric Universiteti və s.) nümayəndələrinin də iştirakı ilə “Ali təhsildə dayanıqlılıq: Davamlı universiteti idarə etmək üçün nə lazımdır?” mövzusunda panel sessiya təşkil olunacaqdır.
”QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: Dayanıqlılıq 2025”-də təmsil olunan ali təhsil müəssisələrimizin sayının artmasına ümid edir və bütün ali təhsil müəssisələrinə uğurlar arzu edirik.