Kollec tələbələri ABŞ-da beynəlxalq təcrübə proqramına qəbul olunublar

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) iki tələbəsi ABŞ-nin “Camphill Village USA” təşkilatının sosial iş sahəsi üzrə beynəlxalq təcrübə proqramına qəbul olunub.

News

Kollecin İnklüziv təhsil ixtisasının III kurs tələbələri Firuzə Bayramova və Aidə Hüseynova proqram çərçivəsində ABŞ-da üçaylıq peşəkar təcrübə keçəcəklər. Onlar proqramın seçim və müsahibə mərhələlərini uğurla başa vuraraq beynəlxalq təcrübə proqramında iştirak hüququ qazanıblar.

Media