Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində azərbaycanlı tələbələr ilk dəfə Tacikistanda təhsil alacaqlar.
2 tələbə 2024-2025-ci tədris ili üzrə Tacikistanda magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı qazanıb.
2 tələbə 2024-2025-ci tədris ili üzrə “Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 10 avqust 2018-ci il tarixində imzalanmış protokol”a uyğun olaraq Tacikistanda magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı qazanıb.
Seçim barədə Tacikistan tərəfindən verilən yekun qərar nəticəsində tələbələr bu ölkənin nüfuzlu universitetlərindən hesab edilən “Tajik National University” və “Khujand State University” ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar. Onlar humanitar və sosial və təbiət elmləri ixtisas istiqamətləri üzrə təhsil alacaqlar.