COP29 və SABAH qrupları layihəsinin 10 illiyinə həsr olunmuş İncəsənət sərgisinin açılış mərasimi keçirilib.

Noyabrın 5-də Muzey Mərkəzində COP29 və SABAH qrupları layihəsinin 10 illiyinə həsr olunmuş İncəsənət sərgisinin açılış mərasimi keçirilib.

News

Qeyd edək ki, SABAH İncəsənət Festivalı çərçivəsində keçirilən “COP 29 Davamlı Gələcək üçün İncəsənət” sərgisində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH tələbələrinin təqdimatında "Oyanış" bədii kompozisiyası nümayiş olunub və Bakı Musiqi Akademiyasının SABAH tələbələri və “SABAH” xoru klassik musiqi proqramı ilə çıxış edib. Eləcə də, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti SABAH qrupları tələbələrinin memarlıq layihələri və Azərbaycan Rəssamlıq Akademiyasının SABAH qrupları tələbələrinin bədii xalça, bədii keramika və şüşə, bədii metal, bədii toxuculuq, marketri, dekorativ rəngkarlıq və geyim dizaynı nümunələrinin nümayişi baş tutub.

Tədbirdə eləcə də müvafiq ali təhsil müəssisələrinin rəhbərliyi, müəllim və tələbələr, səfirlik nümayəndələri və xarici qonaqlar iştirak edib.

Qeyd edək ki, sərgi 7 noyabradək davam edəcək.

Media