Azərbaycan universitetləri Cənubi Koreyada keçirilən beynəlxalq sammitdə təltif olunub

Cənubi Koreyanın Seul şəhərində “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyinin təşkilatçılığı və Koreya Universitetinin ev sahibliyi ilə “QS Ali Təhsil: Asiya və Sakit Okean” sammiti keçirilib.

News

Sammit çərçivəsində “QS Stars” beynəlxalq qiymətləndirmə sistemindən uğurla keçən ali təhsil müəssisələrinin təltifolunma mərasimi baş tutub. Tədbirdə Avstraliya, Qazaxıstan, Vyetnam, Filippin, İndoneziya, Malayziya, Tailand, Misir və digər ölkələrin universitetləri ilə yanaşı, Azərbaycan ali təhsil müəssisələri də iştirak ediblər.

Qeyd edək ki, Azərbaycanın dörd universiteti - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti “QS Stars” qiymətləndirməsində 5 ulduzla təltif olunublar.

Media