Azərbaycan Dövlət Pedaqoji Kollecində müasir tədris emalatxanası istifadəyə verilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) “Tikiş məmulatlarının və trikotaj istehsalı texnologiyası” ixtisası üzrə təhsil alan tələbələr üçün müasir avadanlıqlarla təchiz edilmiş yeni tədris emalatxanası istifadəyə verilib.

News

Ümumilikdə 11 müasir tikiş maşını ilə təchiz olunan emalatxana tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsi, nəzəri biliklərinin təcrübədə tətbiqi və istehsalat vərdişlərinə yiyələnməsi məqsədilə yaradılıb.

Yeni tədris emalatxanası kolleclə “Bakı Tikiş Evi” Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında 2026-cı il sentyabrın 25-də imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində təşkil edilib. Əməkdaşlıq təhsillə istehsalat arasında əlaqələrin gücləndirilməsinə, tələbələrin peşə hazırlığının əmək bazarının müasir tələblərinə uyğunlaşdırılmasına və praktiki tədris imkanlarının genişləndirilməsinə xidmət edir.

Tədris emalatxanasının açılışında “Bakı Tikiş Evi” ASC-nin icraçı direktoru Paşa Budaqov, müəssisənin nümayəndələri və kollecin rəhbərliyi iştirak ediblər.

Tədbir zamanı yeni tədris emalatxanasının tələbələrin peşə hazırlığında rolu, müasir avadanlıqlardan praktiki məşğələlərdə istifadə imkanları və tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Media