Agentliyin direktoru vətəndaşları qəbul edib
Avqustun 20-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova tərəfindən vətəndaş qəbulu keçirilib. Qəbul zamanı tələbələrin yerdəyişməsi, işlə təmin olunma və digər mövzularla bağlı vətəndaş müraciətləri dinlənilib.
Müraciətlər, o cümlədən şikayət və təkliflər diqqətlə dinlənilib, qaldırılan məsələlərə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq izahatlar verilib, bəzi müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Qeyd edək ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində vətəndaş qəbulu həftəiçi 5 gün, saat 09:00-dan 18:00-dək həyata keçirilir. Rəhbər vəzifəli şəxslərin qəbuluna yazılmaq üçün Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.
