Agentliyin direktoru vətəndaşları qəbul edib

Yanvarın 29-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova vətəndaşlarla görüş keçirib.

News

Qəbul zamanı vətəndaşların müraciətləri, o cümlədən şikayət və təklifləri diqqətlə dinlənilib, qanunvericiliyin tələblərinə uyğun cavablandırılıb.

Qeyd edək ki, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində hər həftə rəhbər vəzifəli şəxslərin qəbulları həyata keçirilir.

Qəbula yazılmaq istəyən vətəndaşlar 146-6 Çağrı Mərkəzinə zəng edə bilərlər.

Media