Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin 100 illik yubileyi qeyd olunub

Ağdam Muğam Mərkəzində Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin yaradılmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

News

Tədbir iştirakçılarına kollecin bir əsrlik zəngin tarixindən, orta ixtisas təhsili sahəsində qazandığı nailiyyətlərdən, regionun sosial-iqtisadi inkişafında oynadığı roldan və ixtisaslı kadrların hazırlanmasına verdiyi töhfələrdən bəhs olunub.

Qeyd edək ki, kollecin əsası 1925-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumu kimi qoyulub. 1936-cı ildə texnikumun mexanikləşdirmə ixtisasının bazasında Ağdam Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumu yaradılıb. 1993-cü ildə Ağdam şəhərinin işğalı ilə əlaqədar hər iki texnikum fəaliyyətini Ağcabədi rayonunda davam etdirib. 2002-ci ildə həmin texnikumların bazasında Ağdam Dövlət Sosial-İqtisadi Kolleci yaradılıb, 2008-ci ildən isə kollecin fəaliyyəti Quzanlı qəsəbəsində təşkil olunub.

Yubiley tədbiri çərçivəsində kollecin 100 illik fəaliyyət tarixini əks etdirən sənədli film nümayiş etdirilib. Tədbirin bədii hissəsində isə Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə kollecin müəllim və tələbələrinin ifasında xalq və bəstəkar mahnıları səsləndirilib.

Media