“Qlobal ali təhsil gündəliyində iqlim dəyişikliyinə qarşı mübarizə" forumu
Forumun məqsədi Birləşmiş Millətlər Təşkilatının (BMT) 13-cü Dayanıqlı İnkişaf Məqsədinin dəstəklənməsində ali təhsil müəssisələrinin rolunu artırmaq, iqlim böhranını həll etmək üçün ali təhsil müəssisələri və digər maraqlı tərəflərin birgə əməkdaşlığını təşviq etmək, o cümlədən elmi tədqiqatda iqlim dəyişikliyinə qarşı mübarizənin əhəmiyyəti barədə fikir mübadiləsi aparmaqdır.