Tələbələrin yerdəyişməsi prosesinə başlanılır

2026–2027-ci tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin yerdəyişməsi prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanılır.

Announcements

Elektron müraciətlərin qəbulu 2026-cı il iyulun 13-ü saat 10:00-da başlayacaq və iyulun 19-u saat 18:00-da başa çatacaq. Yerdəyişmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra sistemə daxil olub elektron müraciət formasını doldurmalı və təsdiq etməlidirlər.

Tələbələrin yerdəyişməsi ilə bağlı zəruri məlumatlarla aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:

Tələbələrin yerdəyişməsi qaydaları: https://e-qanun.az/framework/56513

Ən çox verilən suallar və cavabları: https://eatda.edu.az/melumatlar/telebelerin-yerdeyismesi-ile-bagli-en-cox-verilen-suallar-ve-onlarin-cavablari

Tələb olunan sənədlər: https://eatda.edu.az/melumatlar/telebelerin-yerdeyismesi-teleb-olunan-senedler

Media