“Scopus və Scopus AI ilə tanışlıq” mövzusunda onlayn təlim keçiriləcək
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin və Elsevier şirkətinin birgə təşəbbüsü ilə oktyabrın 28-i və 30-da tədqiqatçılar, kitabxanaçılar və tələbələr üçün “Scopus və Scopus AI ilə tanışlıq” mövzusunda onlayn təlim təşkil ediləcək.
Təlimin məqsədi iştirakçıların Scopus platformasından səmərəli istifadə bacarıqlarını inkişaf etdirmək, həmçinin sürətlə dəyişən akademik tədqiqat mühitində yeni texnologiyalara adaptasiyasını təmin etməkdir.
Vebinar çərçivəsində dünyanın ən geniş xülasə və istinad bazalarından biri olan Scopus haqqında ümumi məlumat veriləcək, eləcə də akademik tədqiqatların axtarışını və təhlilini asanlaşdıran süni intellekt əsaslı Scopus AI aləti təqdim olunacaq.
Təlim zamanı iştirakçılar Scopus platformasında effektiv naviqasiya üsulları, genişləndirilmiş axtarış funksiyalarından istifadə və süni intellekt əsaslı axtarış imkanları barədə praktiki biliklər əldə edəcəklər.
Təlimçi: Saide Sak - Müştəri uğuru üzrə menecer, Elsevier
Tarix: 28 və 30 oktyabr 2025-ci il
Saat: 15:00
Qeydiyyat linki: https://elsevier.zoom.us/webinar/register/WN_-8aLAuEyQoayEFZU5u1zUA
