• Home
  • Information
  • Alimlərimizin limitsiz sayda ödənişsiz məqalə dərc imkanları ilə bağlı ən çox verilən suallar və onların cavabları

Alimlərimizin limitsiz sayda ödənişsiz məqalə dərc imkanları ilə bağlı ən çox verilən suallar və onların cavabları

Kembric Universitetinin “Cambridge University Press” nəşriyyatının platformasından istifadə ilə bağlı tez-tez verilən suallar

Information
  1. Bu imkandan istifadə kimlərə şamil edilir? 

  • Azərbaycanın elmi və ali təhsil müəssisələrində çalışan (elmi, texniki, inzibati) və dərəcəsindən asılı olmayaraq təhsil alan hər kəs müraciət edə bilər.

  1. Jurnalların siyahısını haradan əldə edə bilərik? 

  1. Qeyd edilən jurnallarda məqalə dərc etmək üçün ödəniş tələb olunurmu? 

  • Xeyr, tam ödənişsizdir.

  1. Jurnallara məqalə təqdim etmək üçün elmi dərəcə tələb olunurmu? 

  • Xeyr.

  1. Jurnallarda məqalə nəşri üçün müraciət necə edilməlidir? 

  • Müəllif birbaşa olaraq “Cambridge Core” platformasına keçid edib, mövzusuna uyğun jurnalı seçib, məqaləsini təqdim edə bilər.

  1. Məqaləmin qəbul olunması üçün tələblər nələrdir? 

  • Hər bir jurnalın özünə məxsus qəbul qaydaları var. Jurnalların qəbul qaydalarına uyğun olaraq ayrı-ayrılıqda müraciət etmək lazımdır.

  1. Məqaləm rəy prosesindən keçəcəkmi? 

  • Bəli, hər jurnalın özünə məxsus qəbul qaydaları və rəy prosesi var. Bu razılaşma heç bir rəy prosesinə müdaxilə etmir.

  1. Məqalənin nəşr prosesinin müddəti nə qədərdir? 

  • Jurnala görə dəyişir. Ətraflı məlumatı jurnalların saytından əldə edə bilərsiniz.

  1. Məqaləm hansı lisenziya ilə dərc olunacaq? 

  • Creative Commons lisenziyalarının CC-BY, CC-BY-NC-SA, və CC-BY-NC-ND növlərindən biri müəllif tərəfindən seçilməlidir.

  1. Creative Commons lisenziyası nədir? 

  • Open Access məqalələrinin ictimaiyyət tərəfindən sərbəst istifadəsinə icazə verən qlobal lisenziyadır.

  1. Məqaləm dərc edildikdən sonra hər kəs tərəfindən istifadə edilə bilinəcəkmi? 

  • Bəli, jurnallar hybrid və “gold” Open Access jurnallardır.

  1. Jurnallardan eyni zamanda istifadə də edə bilərikmi? 

  • Bəli, Cambridge University Press jurnalları müddətsiz olaraq Azərbaycanın elmi və ali təhsil müəssisələri üçün istifadəyə açıqdır.

  1. Cambridge Core platformasına daxil olduqda istifadə hüququmun olduğunu necə bilərəm? 

  • Ekranın sağ yuxarı hissəsində “Authenticated by Ministry of Science and Education of Azerbaijan” qeydi aktivdirsə, sizin platformadan istifadə hüququnuz təmin edilib. Əgər qeyd yoxdursa, müəssisənizin adını, əlaqələndirici şəxsin məlumatlarını və “Public IP”lərinizi science@eatda.edu.az email ünvanına göndərərək, jurnallardan həm istifadə, həm də nəşr etmək istəyinizi bildirin.

  1. Jurnalların siyahısında məqaləmin mövzusuna uyğun jurnal olmadıqda nə etməliyəm? 

  • Təqdim edilən siyahıda mövzusuna uyğun jurnal tapa bilməyən müəlliflər, məqaləsinin başlığını, xülasəsini və açar sözlərini science@eatda.edu.az email ünvanına göndərə bilərlər.

  1. Məqalə nəşri üçün razılaşma hansı müddətə qədər qüvvədə olacaq? 

  • Razılaşma 2028-ci ilin sonuna qədər qüvvədədir.

  1. Suallar yarandığı zaman nə etməliyik?