ProQuest Central bazasının açılış tədbiri keçirilib

Sentyabrın 26-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Clarivate şirkəti arasında bağlanmış müqavilə əsasında təsis edilən tam mətnli akademik informasiya bazası ProQuest Centralın açılış mərasimi baş tutub.

Xəbərlər

Tədbirin açılışında Agentliyin direktoru Ülkər Səttarova çıxış edərək, ProQuest Central bazasının ölkənin elmi və ali təhsil müəssisələrinin akademik informasiya ehtiyaclarını əhatə edəcəyini bildirib. O qeyd edib ki, baza 123 müəssisənin limitsiz istifadəsinə təqdim olunub.

Clarivate şirkətinin vitse-prezidenti Stephen Hawthorne isə hər iki qurum arasında əməkdaşlığın uzunmüddətli tarixə malik olduğunu vurğulayaraq, imzalanmış müqavilənin bu əməkdaşlığın növbəti mərhələsi olduğunu qeyd edib.

Tədbir Azərbaycan müəlliflərinin elmi fəaliyyətinin son 15 ildə Web of Science elmmetrik bazasında yüksəlişinə dair məlumatlandırma və ProQuest Central bazasının geniş təqdimatı ilə davam edib.

Qeyd edək ki, 100-dən artıq mövzunu əhatə edən multidisiplinar akademik informasiya bazası olan ProQuest Central dünyanın aparıcı nəşriyyatları - Springer, Sage, Cambridge University Press, Elsevier, Emerald, Springer Nature və digər nəşriyyatların resurslarını özündə birləşdirir. Baza “ProQuest Research Assistant” (PRA) adlı süni intellekt aləti ilə birgə təqdim olunur.

Bazada təqdim edilən məzmunlar:

-43 000 jurnal

-2,5 milyon konfrans materialı

-380 000 dissertasiya

-470 000 ölkə və sənaye hesabatı

-24 000 audio və video məzmun

-340 000 situasiya araşdırması (Case Study)

-3,3 milyon preprint məqalə

-4 500 ticarət jurnalı

-1 900-dən artıq qlobal xəbər mənbəyi

Baza haqqında ətraflı məlumat üçün:

https://about.proquest.com/en/products-services/pqcentral/

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.