Daha bir universitetimiz “QS Stars” reytinqində
Daha bir universitetimiz “QS Stars” reytinq qiymətləndirməsində 5 ulduz (“mükəmməl”) əldə edib.
“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq təşkilatı tərəfindən Azərbaycan ali təhsil müəssisələri üzrə “QS Stars” reytinq qiymətləndirməsi davam edir. Belə ki, qiymətləndirmənin yekunlaşdığı növbəti ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət İqtisad Universitetinin ümumi fəaliyyəti 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib. Ümumilikdə, 9 fərqli kateqoriya üzrə fəaliyyəti dəyərləndirilən Azərbaycan Dövlət İqtisad Universiteti 7 kateqoriya üzrə 5 ulduz (“mükəmməl”) əldə edib.
Bu uğurlu nəticəyə görə Azərbaycan Dövlət İqtisad Universitetini təbrik edir, “QS Stars” qiymətləndirməsi davam edən digər ali təhsil müəssisələrimizə uğurlar arzu edirik.